"Qarabağ" "Linfild" sınağından çıxa bilmədi

23 Avqust, 2019 09:21 | İdman | Baxış sayı: 32
"Qarabağ" matçı
"Qarabağ" matçı

Komandamız 1 qol fərqi ilə uduzub

"Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Kollektiv Şimali İrlandiyada “Linfild”lə üz-üzə gəlib. Belfastdakı “Vindzor Park” stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Görüşdə ilk qolu “Qarabağ” vurub.  90+2-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Maqaye Qeye penaltini qola çevirib. 

Rəqibin komandasında isə Faysal Rerras 15-ci dəqiqədə fərqlənib. 40-cı dəqiqədə Mark Staffordun topu ikinci dəfə qapımızdan keçirib. 45+1-ci dəqiqədə isə Şeyn Leyveri “Linfild”i qalib edən qolu vurub. 

Komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.