Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

23 Avqust, 2019 17:57 | İdman | Baxış sayı: 51

Avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının oyunlarını idarə edəcək

Futzal üzrə FİFA referisi Hikmət Qafarlı təyinat alıb.

İstiPress-in məlumatına görə, Qafarlı avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək.
 
Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.
 
Avqustun 28-də keçiriləcək “Minerva” – AEK oyununda birinci hakim olacaq Qafarlı ertəsi gün “Minerva” - “Miercurea Ciuc” matçında üçüncü, AEK – “Blue Magic” duelində ikinci hakim olacaq.