Şəhriyar finalda

23 İyul, 2019 10:23 | İdman | Baxış sayı: 31
Şəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov

Azərbaycan şahmatçısı finalda fransalı Maksim Vaşe-Laqravla qarşılaşacaq

Riqada FIDE və “World Chess” şirkətinin birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunları keçiriləcək.  Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov finalda fransalı Maksim Vaşe-Laqravla qarşılaşacaq.

Ş.Məmmədyarov yarımfinal çərçivəsində keçirilən hər iki partiyada amerikalı Uesli Sonu məğlub edərək finala vəsiqə qazanıb. Təmsilçimiz səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.

Pley-off sistemi üzrə keçirilən Qran-Pri yarışında göstərilən nəticələrə görə, şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə, ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə edəcək.