Komaya düşən idmançının həyatını xilas etmək mümkün olmayıb
Rusiyalı boksçu Maksim Dadaşav ABŞ-da Sabriel Matias ilə keçirilən döyüşdən sonra ölüb.
İstiPress-in məlumatına görə, 28 yaşlı idmançının ölümünə görüş zamanı başından aldığı ciddi zərbələr səbəb olub.
Belə ki, o, rəqibi ilə döyüşdə başından zərbələr alıb və görüşü 11-ci raundda dayandırmalı olub. Halı pisləşən rusiyalı boksçu xəstəxanaya çatdırılıb. Komaya düşən idmançının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.