Erməni bacı-qardaş Bakıya gələcək

23 May, 2019 17:57 | İdman | Baxış sayı: 168

Sabah Bakıda olacaqlar

Sabah Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatı start götürəcək. 

İstiPress-in məlumatına görə, Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq. 

3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq. Maraqlıdır ki, yarışda erməni əsilli idmançılar da iştirak edəcək. Onlar bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlardır. Lakin idmançılar Ermənistanı deyil, qitə birinciliyində Rusiyanı təmsil edəcəklər.