Azərbaycanlı qızlardan himn izdihamı VİDEO

23 Aprel, 2019 09:24 | İdman | Baxış sayı: 97
Gimnastlar
Gimnastlar

Gimnastlar 6 medalın sevincini yaşadıblar

Azərbaycan yeniyetmələrdən ibarət gimnastika millisinin  sosial şəbəkələrdə böyük diqqət çəkən video görüntüləri yayılıb. Komanda üzvlərinin Milli Gimnastika Arenasında keçirilən beynəlxalq yarışda Azərbaycan himnini musiqisiz şəkildə mükəmməl formada ifa ediblər.

Federasiyadan verilən məlumata görə, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə gənclər arasında AGF Junior Trophy beynəlxalq yarışı keçirilib. 20 ölkənin çıxış etdiyi turnirdə Azərbaycan komandası 6 medal qazanaraq, yarışları uğurla bitirib.

Azərbaycanın qrup komandası yüksək performans göstərərək, hesabımızda medal dəstini tamamlayıblar. Qızlarımız halqa ilə icra etdikləri kompozisiyaya görə hakimlərdən 21.500 xal almaqla, qızıl medala sahibləniblər. Hər kəsə sevinc hissləri yaraşadan komandamız, Himnimizi bütün tamaşaçılarla bərabər böyük izdihamla səsləndiriblər.

Xatıraladaq ki, yarışlarda həm fərdi proqram (Arzu Cəlilova), həm də qrup komandaları arasında (Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadə) ən yüksək icra xalına görə verilən AGF Trophy mükafatına da Azərbaycan gimnastları layiq görülüb.