Dünya çempionlarımız Portuqaliyada Azərbaycanı təmsil edəcək

23 Mart, 2017 09:36 | İdman | Baxış sayı: 102
Kamil Şərifov və Eduard Məmmədov
Kamil Şərifov və Eduard Məmmədov

Yarış Lissabonda baş tutacaq

Azərbaycanlı idmançılar Eduard Məmmədov və Kamil Şərifov Azərbaycanı təmsil etmək üçün Portuqaliyaya səfər edəcək.

İstiPress xəbər verir ki, aprel ayının 4-ü baş tutacaq döyüş Portuqaliyanın Lissabon şəhərində baş tutacaq. 

İstiPress-ə açıqlama verən "Prince Baku” ləqəbli idmançımız  Kamil Şərifov qalib gələcəyinə ümidli olduğunu bildirib:

"Qalib gəlmək hər bir idmançının arzusudur. Amma təbii ki, arzu etmək qalib gəlmək deyildir. Bunun üçün əziyyət çəkmək lazımdır. Bu yarışa da çox güclü hazırlaşmışam. İnş Allah qalib olaraq geri dönəcəm".

Qeyd edək ki, Kamil Şərifov Avropa çempionu, 5 qat dünya çempionu, 12 qat Azərbaycan çempionu və dünya kubokunun sahibidir. "Ağ canavar" ləqəbli idmançımız Eduard Məmmədov isə 21 dəfə dünya çempionu, 12 dəfə isə Azərbaycan çempionu olub.