İkinci gün - üçüncü qızıl medal

22 İyul, 2019 17:03 | İdman | Baxış sayı: 43
Qurban Qurbanov
Qurban Qurbanov

EYOF-da ölkəmizin aktivinə üçüncü qızıl medalı Qurban Qurbanov yazdırıb

İyulun 22-də Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (48 kq) bu mötəbər turnirdə ölkəmizin aktivinə üçüncü qızıl medalı yazdırıb.

Təmsilçimiz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Xviça Abuladzeni 6:0 hesabı ilə məğlub edib.

Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşlərdə Belarus təmsilçisi Maksim Stupakeviç türkiyəli Emin Çelikə, almaniyalı Noah Englix isə moldovalı Andrey Vitana qalib gəliblər.

Xatırladaq ki, Q.Qurbanov ilk qarşılaşmada Polşadan olan rəqibi Kaçper Karaskieviçi tam üstünlüklə məğlub edib – 8:0. O, daha sonra türkiyəli Emin Çakırı 10:0, Maksim Stupakeviçi (Belarus) 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.