Dünyanın diqqəti Bakıda - Möhtəşəm açılış FOTOLAR

22 İyul, 2019 09:06 | İdman | Baxış sayı: 87
EYOF
EYOF

EYOF-un ilk günü Azərbaycan 4 medal qazandı

Ötən gün Bakı yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF) ev sahibliyi edir. Festivalın açılış mərasimi “Baku Crystal Hall”da keçirilib. Mərasimdə Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, növbəti Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi Slovakiyanın Baş Nazirinin müavini Riçard Rasi və Avropa Olimpiya Komitələrinin rəhbərliyi ilə görüşüblər.

Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. 

Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaldıblar. Bundan sonra atletlərin paradı başlayıb. Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirilib.

Azərbaycan güləşçiləri ilk günü 4 medalla başa vurublar. 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada İtaliya təmsilçisi Simone Vinçentso Piroddu ilə görüşüb. Rəqibinə məğlub olan (5:10) Nəsirov gümüş medalla kifayətlənib.

Daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medala sahib olub. Digər sərbəst güləşçisi Murad Haqverdiyev (45 kq) isə qızıl medal əldə edib.

Mehriban Əliyeva
Mehriban Əliyeva