Final yarışları günortadan sonra başlayacaq
Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir. İkinci yarış günündə 7 çəkidə qaliblər müəyyənləşəcək.
Azərbaycan yığması bu çəki dərəcələrinin hər birində təmsil olunub. Sərbəst güləşdə 1, yunan-Romada 2 və qadın güləşində 2 həmyerlimiz finala vəsiqə qazanıb. Daha bir sərbəst güləşçi isə bürünc üçün mübarizə aparacaq.
Sərbəst güləş 48 kq-da Mircavad Nəbiyev bürünc medal görüşü üçün Tomas Fişerlə (İsveçrə) qarşılaşacaq.
60 kq-da Sabir Cəfərov S. Səfərov finalda rusiyalı Fyodor Baltuyevlə güləşəcək.
Yunan-Roma güləşi 48 kq-da mübarizə aparan Qurban Qurbanovun da startı uğurlu alınıb. Q. Qurbanov qızıl medal üçün Xviça Abuladzeni (Gürcüstan) sınağa çəkəcək.
60 kq-da Həsrət Cəfərov finalda Maqomed Qiqiyevlə (RUS), 46 kq-da
Gültəkin Şirinova Georgiana-Lavinia Antuka (Rumıniya), Mərziyə Sadıqova finalda italiyalı Aurora Russo ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Festivalın ilk günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.