Enqlert hər gün məşq etməklə özünü formada saxlayır
96 yaşlı təqaüdçü kişi qaçış üzrə rekord qırıb. ABŞ-ın Vircinya ştatının sakini olan Roy Enqlert 5 min metr məsafəni 42 dəqiqə 30 saniyəyə qaçıb. Bununla da o, 95-99 yaş kateqoriyasında rekorda imza atıb. Enqlert sələfininin rekordunu 8 dəqiqə ondan tez gəlməklə təzələyib.
Qeyd edək ki, bu bir əsrə yaxın yaşı olan şəxsin ilk rekordu deyil. Bundan öncə də o 800, 1,5 km məsafələrdə qaçışda həmyaşıdlarını üstələyib.
Bu nəticəyə isə o müntəzəm məşqlər sayəsində nail olub. Belə ki, yaşlı amerikalı gün ərzində 3-5 km km qaçmağa çalışır.