"Real Madrid"in ulduzu məscidə heyran qaldı FOTO

21 Dekabr, 2018 15:00 | İdman | Baxış sayı: 124
Ramos
Ramos

"Bura bənzərsiz bir yerdir"

"Real Madrid"in məşhur oyunçusunun məsciddə çəkdirdiyi görüntülər gündəm olub. İstiPress-in məlumatına görə, ispaniyalı ulduz Serqio Ramos Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Abu-Dabi səfəri 2018-ci il FİFA Dünya Çempionatı çərcivəsində baş tutub. Səfər zamanı o  zamanı Şeyx Zayed Məscidini də ziyarət edib. 

O, dini ocaqda ərəb geyimində foto da çəkdirərək paylaşıb. Ramos fotonu "bənzərsiz bir yer" şərhi ilə yerləşdirib.

32 yaşlı futbolçu məscidə olan heyranlığını gizlətməyib.