Azərbaycanlı idmançı öz həmcinsi ilə nişanlandı? FOTOLAR

21 Dekabr, 2018 11:33 | İdman | Baxış sayı: 475
İdmançı və rəfiqəsi
İdmançı və rəfiqəsi

Fəridə Əzizovanın fotoları şayiələrin yayaılmasına səbəb oldu

Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın həmcinsi ilə səmimi fotosu müzakirələrə səbəb olub. İstiPress-in məlumatına görə, taekvondoçunun kişi kostyumda, əlində gül buketi tutan xanaımla yayılan fotosu onun haqqında şayiələrə səbəb olub. "İnstagram"da yerləşdiirlən fotolar birmənalı qarşılanmayıb və idmançının öz həmcinsi ilə nişanlandığına dair söz-söhbətə səbəb olub. F.Əzizova paylaşdığı şəklinə "Həyatın hər dəqiqəsini sevin" şərhini yazıb.

Məsələni dəqiqləşdirmək üçün “qafqazinfo” F. Əzizova ilə əlaqə saxlayıb.  O, belə bir şeyin olmadığını, rəfiqəsinin ad gününü təbrik etdiyini bildirib. 

Bu arada qeyd edək ki, xanım taeкvondoçu daha sonra şəklə yazdığı şərhə dəyişiklik edərək “Ad günün mübarək” sözlərini əlavə edib. O, həmçinin nişanla bağlı rəylərin hamısını silib.