Ronaldo gizli evləndi?

21 Noyabr, 2019 10:57 | İdman | Baxış sayı: 55
Ronaldo və sevgilisi
Ronaldo və sevgilisi

Gəlini ilə yola getməyən qayınana toya getmədi

Dünya futbolunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo evlənib. İddiaya görə, Ronaldo bu addımı gizli atıb. Bu iddianın müəllifi isə İtaliyanın "Novella 2000" jurnalıdır.

Onun sevgilisi, qızının anası olan model Corciniya Rodriqez ilə evləndiyi deyilir. Cütlüyün nikahı Mərakeşdə baş tutan kiçik mərasimdə bağlanıb. Mərasimi isə onun yaxın dostu olan kinkboks çempionu Badr Hari hazırlayıb.

Maraqlısı odur ki, nikahda Ronaldonun çox bağlı olduğu anası Dolores də iştirak etməyib. Buna səbəb kimi isə onun gəlini ilə münasibətlərinin pis olması göstərilir.

Hələlik heç bir tərəf yayaılan məlumata rəsmi açıqlama verməyib. 

Corciniya ilə futbolçu 2016-cı ildən birlikdədirlər. Bu münasibətdən onların 2017-ci ildə qızları dünyaya gəlib. Portuqaliya futbolçu sevgilisi ilə birlikdə 4 övladını tərbiyə edirdi.