Məşhur futbolçu oğlunu şoka saldı

21 Avqust, 2019 11:48 | İdman | Baxış sayı: 85
Ronaldo
Ronaldo

"Ata, sən burda yaşamısan?"

Portuqaliyanın forvardı, dünyanın ən tanınmış futbolçusu Ronaldo öz azyaşalı oğlunu sözün əsl mənasında şoka salıb. Kriştiano Ronaldo uşaqlıqda yaşadığı və məşq etdiyi yerlərlə övladını tanış edib. 

"Biz Lissabonda daha öncə yaşadığımız yerə gəldik. Bir zamanlar yaşadığımız otağa girəndə oğlum soruşdu: "Ata, sən burda yaşamısan?". O buna inana bilmirdi. Ona elə gəlir ki, dünyada hər şey asanlıqla əldə edilir - lüks maşınlar, evlər, geyimlər. 

Mən oğluma ancaq qabiliyyətinə görə heç nə əldə edə bilməyəcəyini öyrətmək istəyirəm. Sən istədiyin hər şeyə  ciddi şəkildə əmək sərf etməklə, öyrənməklə çata bilərsən". 

Portuqaliyalı oyunçu 12 yaşında Madeyredəki valideynlərinin evini tərk edərək məşq etmək üçün Lissabona köçüb.

İndi Ronaldo dünyanın ən bahalı oyunçularından hesab edilir.