Cüdoçumuz Azərbaycana ilk qızıl medalı qazandırdı

21 Avqust, 2017 07:55 | İdman | Baxış sayı: 95
Zelim Kotsoyev
Zelim Kotsoyev

Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək universiadanın qalibi adına layiq görülüb

Tayvanın paytaxtı Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasının cüdo yarışlarına start verilib.

Azərbaycan Cüdo Federasiyasından İstiPress-ə bildiriblər ki, Universiadanın ilk günü milli komandamız üçün uğurlu olub. Ölkəmizi 100 kiloqram çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək yarışın qalibi adına layiq görülüb. Cüdoçumuz müvafiq olaraq Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarını mübarizədən kənarlaşdıraraq qızıl medal qazanıb.

Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.