İranda qadınların stadiona girişinə izn verildi - 39 il sonra - VİDEO

21 İyun, 2018 12:46 | İdman | Baxış sayı: 96
İran qadınları satdionda
İran qadınları satdionda

İranda qadınların kişilərlə bərabər stadionda futbol izləməsinə rəsmən icazə verilib. 

İstiPress-in məlumatına görə, İran hökuməti 1979-ci ildən bu yana ilk dəfədir ki, qadınlara kişilərlə birgə futbola baxmağa icazə verib. Ölkə tarixində yenilik sayılan hadisə ilk dəfə Tehranda yerli stadionlardan birində DÇ-də İran-İspaniya oyununun canlı yayımı zamanı qeydə alınıb. Matçı izləmək üçün qadınlar arenaya axın ediblər. Əvvəlcə onları içəri buraxmasalar da, oturaq etirazdan sonra tribuna qadınlara açılıb.