Səfir Bakıya gəlməkdən qorxan Mxitaryana mesaj göndərdi

21 May, 2019 13:00 | İdman | Baxış sayı: 94
Tahir Tağızadə
Tahir Tağızadə

Azərbaycanın qara siyahısına düşüb, amma...

“Final möhtəşəm oyundur. Onların məqsədi matç ətrafında siyasi oyunlardırsa, başqa məsələ. Lakin Mxitaryan siyasətçi deyil və pulu futbolçu olduğu üçün alır. Ona görə də yersiz müzakirələri kənara qoyaq”. Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə deyib. “Sky Sports”a müsahibə verən səfir Avropa Liqası finalı üçün Bakıya gələcək “Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryanın təhlüksəziliyi ilə bağlı narahatçılığının yanlış olduğunu deyib. 

“Mxitaryan mənimlə əlaqə saxlaya bilər. Onun təhlükəsizliyi ilə bağlı problem olmayacaq". 

Səfir erməni futbolçuya mesaj göndərib: “Mxitaryan Bakının icazəsi olmadan Azərbaycanın işğal altında olan ərazisinə səfər edib. Bu səbəbdən o, Azərbaycanın qara siyahısına düşüb. Lakin yenə də onun təhlükəsizliyinə təminat verilib. Mxitaryana bir mesajım olacaq: sən futbolçusan və finala get, futbolunu oyna. Təhlükəzliyin də təminat altındadır. Siyasi məsələlər qaldırmaq istəyirsənsə, başqa cür danışaq. Azərbaycan hökuməti finala gələn hər kəsin təhlükəsizliyinə təminat verir”. 

Xatırladaq ki, "Arsenal” – “Çelsi” finalı mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.