Bakıdakı “Formula”nı 87 milyon nəfər izləyəcək

21 Aprel, 2019 17:11 | İdman | Baxış sayı: 59
"Formula 1"
"Formula 1"

Paytaxta dünyanın 65 ölkəsindən 10 min nəfərdən çox qonaq gələcək

Gələn həftə Bakıda keçiriləcək “Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarını rekord sayda – 350 kütləvi informasiya vasitəsi işıqıandıracaq ki, bunların arasında bütün dünyada məşhur olan “Sky Sports F1”, СNN, BBC və digərləri var.

İstiPress-ə bu barədə “Baku City Circuit” şirkətinin Marketinq və kommunikasiyalar departamentinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, 26-28 aprel tarixlərində keçiriləcək yarışları canlı yayımda 83 milyon nəfər televiziya kanalları, 4 milyon nəfər isə internetlə izləyəcək. Xatırladaq ki, ötən il Bakıdakı yarışı 200 KİV işıqlandırmışdı.

“Formula 1”i Bakıda canlı izləmək üçün ölkəmizin paytaxtına Avropanın, Asiyanın, Şimali və Cənubi Amerikanın 65 ölkəsindən 10 min nəfərdən çox qonaq gələcək. Bunu isə virtualaz.org-a “Baku City Circuit” şirkətinin Kommersiya departamentinin rəhbəri Bülent Özerdim deyib.