"Qarabağ" Bakıda fərqlənə bilmədi

20 Sentyabr, 2019 09:11 | İdman | Baxış sayı: 22
"Qarabağ" "Seviliya" matçı
"Qarabağ" "Seviliya" matçı

“Sevilya” qapımızdan 3 qol keçirib

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib. UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində “Qarabağ” “Sevilya” ilə qarşılaşıb. 

İlk hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab açılmayıb. Fasilədən sonra qonaqlar üç dəfə fərqlənərək görüşü qələbə ilə başa vurublar. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.