UEFA-dan Bakıya yoxlama üçün 70 nəfər gəldi

20 Avqust, 2019 12:35 | İdman | Baxış sayı: 64
“Avro 2020”
“Avro 2020”

Qonaqlar otellər, fan-zonanın təşkili üçün planlaşdırılan ərazilərlə tanış olacaqlar

2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanışlıq məqsədilə UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

UEFA-nın 70 nümayəndəsindən ibarət heyət müxtəlif sahələrdə hazırlıq işlərinin gedişi ilə tanış olacaqlar. UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, “Avro 2020”nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək və Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, fan-zonanın təşkili üçün planlaşdırılan ərazilərlə tanış olacaqlar.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, “Avro 2020”nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də “A” qrupunun oyunları, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq.