Azərbaycanda gimnastika Mehriban Əliyevanın səyi ilə inkişaf edir

20 May, 2019 08:42 | İdman | Baxış sayı: 11
Mehriban Əliyeva
Mehriban Əliyeva

Əməkdar idman ustası Yana Batırşina beləd eyib

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir. Bunu Rusiyanın əməkdar idman ustası, müxtəlif beynəlxalq idman yarışlarının qalibi, Olimpiya Oyunlarının gümüş mükafatçısı Yana Batırşina deyib.

"Biz hamımız Azərbaycan Gimnastika Federasiyasının prezidentinin kim olduğunu bilirik - bu, Birinci xanım və Birinci vitse-prezident Mehriban Əliyevadır. Əlbəttə, bunların hamısı onun sayəsindədir, bunlar hamısı onun böyük xidmətidir. Mehriban Əliyevanın gimnastikanı necə sevdiyi, nə qədər güc və ruhunu qoyduğu görünür və bu işin nəticələri göz qabağındadır".

Əməkdar idman ustası qeyd edib ki, Azərbaycanda bədii gimnastika böyük addımlarla inkişaf edir.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib. Çempionatda 35 ölkədən gimnastlar iştirak edib.