"Fənərbaxça" dağıldı

20 Yanvar, 2017 20:21 | İdman | Baxış sayı: 345
Fənərbaxça klubunun loqosu
Fənərbaxça klubunun loqosu

Türkiyənin ən böyük idman klublarından biri haker hücumuna məruz qalıb. İstiPress E5haber.com saytına istinadən xəbər verir ki, Fənərbaxça-ya aid lisenziyalı məhsul satış mağazası olan Fənərium.com.tr və Fənərium.de saytlarının xak edildiyini və istifadəçilərin şəxsi məlumatlarının Deep Web-də satışa çıxarıldığı iddia edilir. Bu məlumatlar isə ad-soyad, elektron ünvan, şifrə, telefon nömrəsi, ev ünvanı və ip ünvanı olaraq diqqət çəkir. Puppet Master adlı bir xaker qrupunun iddialarına görə, 600.000-ə yaxın adamın üzv olduğu Fənərium istifadəçilərinin məlumatları Deep Web-də Bitcoin qarşılığında satılır.

Fənərbaxça klubunun onlayn mağazası xak edildi
Fənərbaxça klubunun onlayn mağazası xak edildi