Zubairov ermənini məğlub edib dünya çempionu oldu

19 Noyabr, 2018 08:55 | İdman | Baxış sayı: 54
Güləş
Güləş

23 yaşadək güləşçilərin dünya çempionatı Buxarestdə keçirilib

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır. Yarışın 6-cı günü mübarizə aparan Murad Süleymanov mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Murad daha sonra gücünü belaruslu pəhləvanı məğlub edib. Ancaq yarımfinalda Rusiya nümayəndəsinə uduzub. M. Süleymanov dünya 3-cüsü olub.

Şamil Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçiylə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib. Yığma üzvü noyabrın 18-də finalda rusiyalı idmançı Aslanbek Sotievə qalib gələrək dünya çempionu olub.