“Mərhəmətli olmalıyam”
UFC 229 yarışlarında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədov növbəti açıqlamasını verib.
O, döyüşdən öncə oğlu, eləcə də Dağıstan barədə təhqiramiz ifadələr işlədən Makqreqoru artıq bağışladığını bildirib. “Mərhəmətli olmalıyam”.
Ə.Nurməhəmmədov Makqreqoru 15 dekabrda Dağıstanın Kaspiysk şəhərində keçiriləcək turnirə də dəvət edib.