Hacı Əliyev yarışda belə uduzduruldu, hakimlə çempion arasında qalmaqal VİDEO

19 Sentyabr, 2019 12:32 | İdman | Baxış sayı: 268
Hacı Əliyev
Hacı Əliyev

Azərbaycanlı güləşçinin xalı silinib

Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb. 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev son saniyələrdə 2 xallıq fənd işlədib. Hakimlər əvvəlcə bu xalı qeydə alıb və azərbaycanlı pəhləvan yenidən irəli çıxıb - 4:3.

Lakin Rusiya tərəfi qərara etiraz edib. "Çelenc"ə baxıldıqdan sonra onların etirazı qəbul edilib. Nəticədə Əliyevin 2 xalı silinib, rəqibinə 1 xal verilib. Beləliklə, Rəşidov qalib elan olunub - 4:2.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasiya ediblər. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polislər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb. /report/