"Formula 1"də Bakıda bəzi küçələrin işıqforları söndürüləcək

19 İyun, 2017 19:22 | İdman | Baxış sayı: 47
Bakı əhalisi
Bakı əhalisi

İşıqforlar söndürüləcək küçələrin siyahısı

Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə paytaxtımızda keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 19-26 iyunun tarixlərində aşağıda qeyd edilən küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə "sarı döyünən işıq" və "svetoforun söndürülməsi" siqnal əmri tətbiq edilib.

BNA-dan İstiPress-ə verilən məlumata görə, "svetoforun söndürülməsi" siqnal əmri tətbiq edilən yol kəsişmələri bunlardır:

- Azərbaycan prospekti - Əziz Əliyev küçəsi;
 
- Əziz Əliyev küçəsi - Neftçilər prospekti;
 
- Bülbül prospekti - Neftçilər prospekti;

- Üzeyir Hacıbəyov küçəsi - Rixard Zorge küçəsi;
 
- Üzeyir Hacıbəyov küçəsi - Aleksandr Puşkin küçəsi;
 
- Üzeyir Hacıbəyov küçəsi - Azadlıq prospekti;
 
- Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyov küçəsi;
 
- Bülbül prospekti - Üzeyir Hacıbəyov küçəsi;
 
- Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva prospekti;
 
- Bülbül prospekti - Zərifə Əliyeva küçəsi;
 
- Səməd Vurğun küçəsi - Zərifə Əliyeva prospekti;
 
- Bülbül prospekti - Əfsələddin Xəqani küçəsi;
 
- Rəşid Behbudov küçəsi - Əfsələddin Xəqani küçəsi;
 
- Azadlıq prospekti - Əfsələddin Xəqani küçəsi;
 
- Aleksandr Puşkin küçəsi - Əfsələddin Xəqani küçəsi;
 
- Aleksandr Puşkin küçəsi - Nizami Gəncəvi küçəsi.
 
 
"Sarı döyünən işıq" siqnal əmri tətbiq edilən yol kəsişmələri isə bunlardır:
 
- Üzeyir Hacıbəyov küçəsi - Keykab Səfərəliyeva küçəsi;
 
- Azadlıq prospekti - Nizami Gəncəvi küçəsi;
 
- Bülbül prospekti - 28 May küçəsi;
 
- 28 May küçəsi - Aleksandr Puşkin küçəsi;
 
- Bülbül prospekti - Şəmsi Bədəlbəyli küçəsi;
 
- 28 May küçəsi - Keykab Səfərəliyeva küçəsi;
 
- 28 May küçəsi - Rixard Zorge küçəsi;
 
- Səməd Vurğun küçəsi - Üzeyir Hacıbəyov küçəsi;
 
- Bünyad Sərdarov küçəsi - Səid Rüstəmov küçəsi.