Azərbaycanlı idmançı dünyada birinci oldu

19 Aprel, 2017 22:49 | İdman | Baxış sayı: 202
Rafael Ağayev - idmançı
Rafael Ağayev - idmançı

O, bütün rəqiblərini məğlub edib

“Qəbələ” idman klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb. İstiPress-in məlumatına görə, dəfələrlə dünya və Avropa çempionu olan idmançımız bu dəfə Mərakeşin paytaxtı Rabatda fərqlənib. O, 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub.

Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərini məğlub edib. Bununla da karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Premier league Karate 1, gold medal🙏🥇🏆...Marocco, Rabat🇲🇦

Публикация от Rafael (@aghayev_rafael)