İlham Əliyev dünya çempionatının talismanı ilə qucaqlaşdı - VİDEO

18 İyun, 2018 11:17 | İdman | Baxış sayı: 142

Azərbaycan prezidenti İlham Əliyev futbol üzrə dünya çempionatının rəmzi olan qurd Zabivaka ilə qucaqlaşıb.

İstiPress "haqqın.az"a itinadən bilririr ki, çempionatın açılış mərasimində iştirak etmək üçün Moskvaya səfər edən İlham Əliyevi hava limanında DÇ-nın talismanı qurd Zabivaka qarşılayıb və prezidentlə qucaqlaşıb.

Daha sonra onlar bir neçə dəfə futbol topu ilə paslaşıblar. Bu haqda internetdə yayılan video böyük populyarlıq qazanıb.

Musavat.com xəbər verir ki, Rusyanın ev sahibliyi yapdığı 2018 Dünya Çempionatının simvolu olan Zabivaka bir qurdu- canavarı əks etdirir. DÇ 2018-in bu simvolunu Yekaterina Boşorova adlı tələbə dizayn edib. Məhz bu simvol - eynək taxan və Zabivaka ismi verilən Sibir qurdu müsabiqənin qalibi olaraq seçilib. İndi Moskvaya gələn qonaqları hava limanında bu "Sibir qurdu" - Zabivaka qarşılayır.

Zabivakanın rusca anlamı qolçu, qol vuran deməkdir.