Azərbaycan yığması futbolçu itirdi

17 Noyabr, 2019 15:56 | İdman | Baxış sayı: 95

Medvedevin Slovakiyaya aparılmaması qərara alınıb

Futbol üzrə Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.

IstiPress-in AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Qarabağ"dan dəvət almış müdafiəçi Maksim Medvedevin Slovakiyaya aparılmaması qərara alınıb. Səbəb kimi Medvedevin zədəli olması göstərilib.

Qeyd edək ki, Azərbaycan millisi Slovakiyaya bu gün yollanacaq. Oyun isə noyabrın 19-da Trnava şəhərində olacaq.