Ronaldonun əkizləri oldu

17 İyun, 2017 08:55 | İdman | Baxış sayı: 113
Ronaldo qoldan sonra
Ronaldo qoldan sonra

Körpələri surroqat ana dünyaya gətiib

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ikinci dəfə ata olub. İstiPress-in məlumatına görə, bu dəfə oyunçunun əkizləri doğulub. Oğlanı Ronaldo Mateo adlandırıb, qızı isə Yeva. Uşaqların anası surroqat anadır. Onun adı gizli saxlanılır.

Ronaldonun ilk övladını da 7 il öncə surroqat ana dünyaya gətirib. Qadının meksikalı olduğu bəllidir. O, doğulan kimi uşağı təhvil verib və bir daha görünməyib. 

Ronaldonun ikinci dəfə ata olması barədə məlumatı Portuqaliyanın SIC telekanalı yayıb. Ancaq nə futbolçu, nə də nümayəndəsi bu xəbəri şərh edib. Onun əkiz atası olacağı barədə xəbər hələ mart ayında yayılmışdı. İddiaya görə, hamiləliyinin son aylarını keçirməsi üçün Ronaldo qadını ABŞ-dakı klinikalardan birinə yerləşdirmişdi. 

"Real"ın ulduzu hazırda model Corcinya Roqriqes ilə birlikdədir. Bir müddət öncə 21 yaşlı gözəlin də hamilə olması barədə məlumat yayılmışdı. Lakin Ronaldonun anası bu xəbəri təkzib edib. 

Ronaldo
Ronaldo