Azərbaycanlı futbolçu rus klubu ilə müqavilə bağladı

17 İyun, 2017 15:08 | İdman | Baxış sayı: 131

"Krılya Sovetov” klubu əslən azərbaycanlı futbolçu Azər Əliyevlə müqavilə imzalayıb

Rusiyanın “Krılya Sovetov” klubu əslən azərbaycanlı futbolçu Azər Əliyevlə müqavilə imzalayıb.

İstiPress-in məlumatına görə, tərəflər bir illik müqaviləyə imza atıblar. 23 yaşlı yarımmüdafiəçi yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Əliyev keçidi ilə bağlı Samara təmsilçisinin rəsmi saytına danışıb. Yarımmüdafiəçi bu keçidə çox sevindiyini bildirib: “İstəyirəm ki, komandamız azarkeşlərini həm öz oyunu, həm də yaxşı nəticələri ilə sevindirsin. Əlbəttə, qarşımızda duran vəzifəni də anlayıram. Bunu yerinə yetirmək lazımdır".

"Krılya Sovetov" uzun illərdən sonra Premyer Liqanı tərk edərək I diviziona düşüb. Əliyev bunadək birinci divizion təmsilçisi "Yenisey"in heyətində 69 oyunda 5 qol vurub.