Azərbaycan millisi Ermənistan həndbolçularını məğlub edib

17 İyun, 2017 14:04 | İdman | Baxış sayı: 40
Azərbaycan millisi
Azərbaycan millisi

Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb

Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı davam edir.

Azərbaycan Həndbol Federasiyasından İstiPress-ə bildirilib ki, Azərbaycan millisi 9-16-cı yerlər uğrunda görüşdə Ermənistan yığması ilə qarşılaşıb. Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb - 21:7. Matçın ikinci hissəsində də üstünlüyü davam etdirən komandamızın əvəzedici heyəti 18:14 hesabı ilə qalib gəlib. Ümumi hesabda rəqibini 39:21 hesabı ilə məğlub edən həndbolçularımız turnirdə ikinci dəfə meydandan qalib ayrılıblar.