İslamiadada güləşdən ilk qızıl medal

17 May, 2017 19:37 | İdman | Baxış sayı: 100
Orxan Nuriyev
Orxan Nuriyev

İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.

İstiPress-in məlumatına görə, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi Qırğızıstan idmançısı Uzur Juzupbekov olub.

Gərgin keçən mübarizədə idmançımız rəqibinə 5:0 hesabı ilə qalib gələrək İslamiadada yunan-Roma güləşindən Azərbaycana ilk qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.