Bakı-2017: İki yunan-Roma güləşçisi finala yüksəlib - YENİLƏNİB

17 May, 2017 10:52 | İdman | Baxış sayı: 117
Rəsul Çunayev
Rəsul Çunayev

Azərbaycanın yunan-Roma güləşçiləri Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar.

İstiPress xəbər verir ki, final uğrunda mübarizədə R.Hüseynovun rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub. İdmançımız vaxtından əvvəl - 10:1 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib.

Orxan Nuriyev isə yarımfinalda Özbəkistan təmsilçisi Rüstəm Assakalova 5:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb.

Saat 11:15

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda daha iki güləşçimiz – Orxan Nuriyev (98 kq) və Murad Məmmədov (59 kq) 1/4 finalda mübarizəyə qoşulub.

İstiPress-in məlumatına görə, O.Nuriyevin rəqibi Pakistan təmsilçisi Rza Tayab, M.Məmmədovun isə rəqibi İran təmsilçisi Nurbaxış Məhəmməd olub.

O.Nuriyev rəqibinə 9:0, M.Məmmədov isə 10:4 hesabı ilə qalib gələrək yarımfinala çıxıblar.

Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazana bilməyib. Final uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Gerayi Məhəmmədəli olub. R.Çunayev rəqibinə 6:5 hesabı ilə məğlub olaraq finala vəsiqə qazanmaq şansını itirib.

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb. Final uğrunda mübarizədə güləşçimizin rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub. R.Hüseynov rəqibinə vaxtından əvvəl - 10:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.