Atletlərimizdən daha bir qızıl və gümüş medal

17 May, 2017 20:47 | İdman | Baxış sayı: 64
Atletlər
Atletlər

İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək

IV İslam Həmrəyliyi Oyunlarının üçtəkanla tullanma yarışında təmsilçimiz Nazim Babayev qızıl medala sahib olub.

Trend-in məlumatına görə, digər təmsilçimiz Aleksis Kopello isə gümüş medal qazanıb. Suriyalı Miguel Assen Van isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.