Üç qat Dünya çempionumuz ürəyindən əməliyyat olundu

16 İyun, 2017 18:33 | İdman | Baxış sayı: 191

İdmançının ziyarətinə məşhur idmançı Eduard Məmmədov da gəlib

Kikboks üzrə üç qat dünya çempionu Fuad Zeynalov ürəyindən əməliyyat olunub.

İstiPress-in məlumatına görə, xəstəxanadan fotosunu paylaşan idmançı bu haqda sosial şəbəkədə məlumat yayıb:

"Bu həyatda idmanın sayəsində çox şeylər qazandım: ad-san, əzmkarlıq, güc, çempionluq hissi, özünə güvən, iradə, yaxşı bədən forması, pul kənardan diqqət və qayğı və s. Amma sağlamlığımın bir hissəsini itirdim. Nə isə qazanmaq üçün nə isə qurban verirsən. Bu günü də belə yola verdik. Bu günümüzə də şükür”. İdmançının ziyarətinə məşhur idmançı Eduard Məmmədov da gəlib.