Ronaldodan Ramazan jesti

16 May, 2019 14:22 | İdman | Baxış sayı: 82
Ronaldo
Ronaldo

Ulduz oyuncu müqəddəs ayda oruc tutanları unutmayıb

Kariyerasına "Yuventus"da davam edən portuqaliyalı ulduz Ronaldo Ramazan ayında müsəlmanlara jest edib. Ronaldo müqəddəs ayda fələstinliləri unutmayıb. O, müqəddəs ayda Fələstində iftar süfrələrinin açılması üçün ianə edib. Yardımın məbləği isə 1,5 milyon avrodur. 

Bundan öncə də o Ramazan ayı münasibəti ilə uşaqlara 2 milyon avro yardım ayırmışdı. 

Xatırladaq ki, bu Ronaldonun ilk xeyriyyə addımı deyil. Ulduz oyunçu 2012-ci ildə "Qızıl buts"nun hərraca çıxarılmasına razılıq verib. əldə edilən 1,5 milyon avronu isə fələstinli uşaqlara kömək üçün bağışlayıb.