Bakıda XXXV Avropa çempionatı başlayır

16 May, 2019 08:40 | İdman | Baxış sayı: 21
Bədii gimnastika
Bədii gimnastika

Dörd günlük yarışda 35 ölkə mübarizə aparacaq

Bu gün Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı start götürəcək. Yarış  4 gün davam edəcək. Çempionatda 35 ölkənin idmançıları mübarizə aparacaqlar. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları olacaq. Mayın 17-də yalnız böyük gimnastlar xalça üzərində güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları müəyyənləşəcək. Turnirin son günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Avropa çempionatında Azərbaycanı Zöhrə Ağamirova, Veronika Hudis, Mədinə Əsədova, Ləman Alımuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcək.