Şəhriyar Məmmədyarov Azərbaycan idman tarixinin yeni səhifəsini yazdı

16 May, 2017 18:35 | İdman | Baxış sayı: 232
Şəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov

O, dünya şahmat tarixində 2800 reytinq balını keçmiş 13-cü şahmatçı olub

Azərbaycanlı şahmatçı, Sumqayıt şahmat məktəbinin yetirməsi Şəhriyar Məmmədyarov tarixi uğura imza atıb.

İstiPress-in məlumatına görə, şahmatçımız dünya qrossmeysterlərinin yeni reytinq cədvəlində 5-ci pilləyə yüksəlib və xallarının sayını 2801.1-ə çatdırıb. O, dünya şahmat tarixində 2800 reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar bu uğura imza atmış ilk müsəlman və türk idmançı kimi də tarixə düşüb.

Qeyd edək ki, Ş.Məmmədyarov bir müddət əvvəl Azərbaycanda Vüqar Həşimovun xatirəsinə həsr edilmiş yüksək reytinqli yarışın qalibi olub.