Azərbaycanın İslamiadada 40-cı QIZIL MEDALI

16 May, 2017 18:56 | İdman | Baxış sayı: 186

Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 40-cı qızıl medalını qazanıb.

İstiPress-in məlumatına görə,  paralimpiyaçımız Oloxan Musayev kişilər arasında kürə itələmə yarışında qızıl medala sahib çıxıb.

Gümüş və bürünc medallara İran idmançıları Alireza Nasseri Qale və Əli Muhammedyar layiq görülüblər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.