Azərbaycanlı hakim koronavirusa yoluxdu

16 Aprel, 2020 09:01 | İdman | Baxış sayı: 81
İsa Məmmədov
İsa Məmmədov

Qoxu və dadbilmə qabiliyyətini itirən hakim özü xəstəxanaya müraciət edib

Türkiyədə yaşayan və çalışan azərbaycanlı hakim koronavirusa yoluxub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstiPress-in "haberler.com" portalına istinadla verdiyi məlumata görə, Karabük Həvəskar Liqasında futbol hakimi kimi fəaliyyət göstərən azərbaycanlı İsa Məmmədovun koronavirus testi müsbət nəticə verib.

Hakim qoxu və dad bilmə qabiliyyətini itirdiyi üçün xəstəxanaya müraciət etmişdi. Karabük universiteteinin Bədən Tərbiyəsi və İdman Ali Məktəbinin 3-cü kurs tələbəsi olan İ.Məmmədovun müalicəsi artıq başlayıb. 

Türkiyə futbol hakimləri və müşahidəçilər dərnəyinin (TFFHGD) Karabük şöbəsinin rəhbəri Taner Tuncerin sözlərinə görə, İ.Məmmədovun ev yoldaşları məktəblər bağlandığı üçün öz məmləkətlərinə getmişdilər. "Biz isə karantin qaydalarına riayət edərək öz evimizdə qalırıq. İsanın testi analizdən bir gün sonra müsbət nəticə verib. O öz evindən təcili yardım ilə aparılıb".