Azərbaycanlı idmançı 6-cı dəfə dünya çempionu oldu - FOTO

16 Aprel, 2017 13:43 | İdman | Baxış sayı: 356
Kamil Şərifov
Kamil Şərifov

Çempionat Portuqaliyada keçirilib

Azərbaycanlı idmançı Kamil Şərifov növbəti dəfə dünya çempionu olub.

İstiPress xəbər verir ki, "Prince Baku" ləqəbli azərbaycanlı idmançı Portuqaliyanın Lissabon şəhərində keçirilən kikboks üzrə dünya çemionatında iştirak edib. Yarımfinalda Misir idmançısına qalib gələrək finala yüksələn idmançımız finalda Portuqaliya idmançısı Lukas Fernandez ilə qarşılaşıb. Çempionatda bütün görüşləri nakautla qazanan Kamil Şərifov aprel ayının 9-da baş tutan final görüşündə elə ilk raundda nokautla portuqal idmançıya qalib gələrək, 6-cı dəfə dünya çempionu tituluna sahib oldu.

Qeyd edək ki, Kamil Şərifov 12 qat respublika çempionu, Avropa çempionu, WAKO üzrə dünya kuboku sahibi, 6 qat dünya çempionu və əməkdar idman ustasıdır.