Bakıda Dünya Kubokunun açılışı oldu

16 Fevral, 2019 11:23 | İdman | Baxış sayı: 32
Batut gimnastikası
Batut gimnastikası

160-dan çox gimnast medal uğrunda yarışacaq

Bu gün Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. İştirakçı ölkələrin - Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Əlcəzair, Kanada, Çin, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, İspaniya, İsveç, İsveçrə, Yaponiya, Qazaxıstan, Meksika, Yeni Zelandiya, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayna və Özbəkistandır. 

Azərbaycan Dövlət Himninin səsləndiriliməsindən sonra yarış açıq elan edilib.

“AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparacaq. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunun açılış mərasiminin ardından yarışa start verilib.

Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edəcək. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparacaqlar.

Yarış iki gün davam edəcək.