6 yaşlı azərbaycanlı ermənini peşman etdi

15 Noyabr, 2019 12:35 | İdman | Baxış sayı: 105
Qalib olan azərbaycanlı məktəbli
Qalib olan azərbaycanlı məktəbli

VI sinif şagirdi kikboksinq, I sinifinki isə gimnastika yarışında ermənini meydana çıxmağına peşman edib

Azərbayacanlı məktəblilər erməniləri məğlub etdi. Bakı Şəhər təhsil idarəsindən verilən məlumata görə, paytaxt məktəblilərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı parlaq uğurları davam edir.

21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 82 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin VIII sinif şagirdi Sənan İsgəndərzadə universal döyüşün layt növü, X sinif şagirdi Kənan İsgəndərzadə isə klassik növü üzrə Ukraynada keçirilən dünya çempionatında 81 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıblar. Məktəblilər qızıl medal və diplomla mükafatlandırılıblar.

Paytaxtdakı 311 nömrəli tam orta məktəbin I sinif şagirdi Gülnaz Şərifova Gürcüstanda  gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

164 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəna Fətəliyeva da Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda I yeri tutub. R.Fətəliyeva qızıl medal və diplomla mükafatlandırılıb.