Bədii Gimnastika üzrə Avropa çempionatının açılışına hazırlıq başlayıb
Sabah Bakıda Bədii Gimnastika üzrə Avropa çempionatının açılış mərasimi olacaq. Çempionatda 35 ölkədən olan gimnastlar mübarizə aparacaqlar.
Açılış mərasimi Milli Gimnastika Arenasında baş tutacaq. Dörd gün ərzində davam edəcək yarışda həm fərdi, həm də qrup yarışları keçiriləcək.
Açılış zamanı tamaşaçıları teatrlaşdırılmış nümayiş və işıq şousu gözləyir. İki qardaşın - Su və Odun mübarizəsi təqdim ediləcək. Su qardaşına qalib gələrək simvolik olaraq 8 medala sahib çıxır. Çempionatda da məhz 8 dəst medal öz sahibini tapacaq.
Azərbaycan himnini açılış mərasimində Sevda Ələkbərzadə səsləndirəcək. Dörd gün ərzində tamaşaçıları həm də yarışın maskotu Luigi əyləndirəcək. Onunla yanaşı amerikalı şoumenlər də Bakıya gəlib.