Cüdo komandamız İslamiadanın qalibi oldu - 29-cu QIZIL (YENİLƏNİB)

15 May, 2017 16:00 | İdman | Baxış sayı: 182

Təmsilçilərimiz gərgin döyüşlərdə qalib gəliblər - 3:2

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi idmançılardan ibarət cüdo yığması qızıl medal qazanıb.

İstiPress-in məlumatına görə, finalda əlcəzairli cüdoçularla qarşılaşan təmsilçilərimiz gərgin döyüşlərdə qalib gəliblər - 3:2.

Bununla da İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qızıl medallarının sayını 29-a çatdırıb.

Saat 15:58

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadınlardan ibarət cüdo yığmamız ikinci yeri tutub. İstiPress-in oyunlara akkreditə olunmuş müxbiri xəbər verir ki, Türkiyə yığması yarışda birincilik qazanıb.

Final görüşü 5-0 hesabı ilə başa çatıb.

3-cü yerdə isə Özbəkistan yığması yer alıb.