Azərbaycanlı ermənini udub çempionata damğa vurdu VİDEO

15 Fevral, 2020 11:10 | İdman | Baxış sayı: 139
Güləş
Güləş

8:0 uduzan Ağahüseyn özünü itirmədi və ...

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir. Yarışın beşinci gününə azərbaycanlı güləşçi damğa vurub. 

Ağahüseyn Mustafayev (70 kq) ilk mərhələdə Ermənistan idmançısı ilə üz-üzə gəlib. Görüş olduqca gərgin və maraqlı keçib. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 hesabı ilə önə keçib. Ancaq özünü itirməyən həmyerlimiz inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş medalçısı yarışa inamlı qələbə ilə start verib.

Həmyerlimiz daha sonra Belarus təmsilçisindən güclü olub. Ukrayna güləşçisini də sıradan çıxaran güləşçimiz yarımfinala adlayıb. A.Mustafayev Moldovadan olan həmkarına da qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.