Buffonun göz yaşları, 60 ildə ilk FOTOLAR

14 Noyabr, 2017 10:00 | İdman | Baxış sayı: 367
Buffon
Buffon

Dünya Çempionatı İtaliyasız olacaq

İtaliya Dünya Çempionatı şansını itirdi. İstiPress-in məlumatına görə, komanda son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.

Həll edici oyunu italiyanlar dünən İsveç millisinə qarşı keçiriblər. Qarşılaşma Milanın "San-Siro" stadionunda təşkil olunub. İlk görüşdə İsveç yığması 1:0 hesabı ilə qalib gəlib. Ona görə də İtaliya yığması mundiala vəsiqə qazanmaq üçün qalib gəlməli idi. Lakin meydan sahiblərinin 90 dəqiqə ərzində etdiyi cəhdlər heç bir fayda verməyib. Nəticədə oyun heç-heçə hesabı ilə bitib. Bununla da İtaliya millisi DÇ-dən kənarda qalıb.

Nəticə həm oyunçuları, həm də azarkeşləri göz yaşına boğub. matçdan sonra millinin 3 oyunçusu komandanı tərk etdiklərini göz yaşları ilə açıqlayıblar. Onların arasında əfsanəvi qapıçı Gianluigi Buffon, Daniele De Rossi və Andrea Barzagli də var.