Yığmamızın heyəti açıqlandı

14 Oktyabr, 2016 17:23 | İdman | Baxış sayı: 30
Agir atletika
Agir atletika

Ağır atletika üzrə 6-cı dünya çempionatında mübarizə aparacaq idmançılarımızın adları bəlli oldu

Malayziyanın Penanq şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyində qüvvəsini sınayacaq ağır atletlərimizin adları açıqlanıb. "İstiPress.com" saytının məlumatına görə, dünya birinciliyinə qatılacaq millimizin heyətinə Səbinə Əzimova (53 kq), Lalə Rzazadə və Sevər Məhərrəmzadə (hər ikisi 58 kq), Rüstəm Qasımov (50 kq), Kənan Xəlilov, Cəbrayıl Abzərli və Elvin Abdullayev (hamısı 56 kq), İsa Rüstəmov və Fəqan Əliyev (hər ikisi 62 kq), Tarmenxan Babayev (69 kq), Mayıl Şükürlü (77 kq), Sənan Mirzəyev (85 kq), Ümidvar Bayramlı (94 kq) cəlb edilib.

Oktyabrın 19-25-i aralığında keçiriləcək yarışda 100-dən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq.